Konstitusiya Məhkəməsinin zaminliklə bağlı qərarı nəyi nəzərdə tutur? – TƏHLİL



Konstitusiya Məhkəməsi “Banklar haqqında” qanunun 1.0.9-cu, “İpoteka haqqında” qanunun isə 10.5, 14 və 48-ci, həmçinin Mülki Məcəllənin 307.4, 405.1 və 477.0.1-ci maddələrini şərh edib.

Konstitusiya Məhkəməsi Azərbaycan qanunları, Prezidentin fərman və sərəncamları, Milli Məclisin qərarları, Nazirlər Kabinetinin qərar və sərəncamları, həmçinin, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Konstitusiyaya uyğunluğu məsələsini həll edir. Konstitusiya Məhkəməsinin şərhi imperativ norma hesab edildiyindən məhkəmələr üçün məcburidir.